Fatih Terim "Neftçi"yə gəlir?

İDMAN
17:03 02.10.2024
405
Türkiyənin "Hürriyet" nəşrində paylaşılan xəbərlərə görə "Neftçi" klubu ilə təcrübəli çalışdırıcı Fatih Terim arasında danışıqlara start verilib.

AZXEBER.COM xəbər verir ki, oxu.az-a məsələ ilə bağlı açıqlama verən "Neftçi" klubunun mətbuat katibi Asəf Zeynallı xəbərin tamamilə əsasız olduğunu bildirib.

"Hazırda komanda olaraq bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Türkiyə mediasında paylaşılan xəbər isə əsassızdır", - deyə A.Zeynallı bildirib.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının 9-cu turunda Gəncənin "Kəpəz" klubu ilə oktyabrın 4-də saat 17:00-da qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR