Bu barədə Türkiyə mətbuatda yer alan məlumatlarda artıq Fatih Terimle razılığa gəlindiyi yazılıb. Yeni müəyyənləşdirilmiş idarə heyətində yer alacaq Ali Dürüst rəsmi fəaliyyətlərinə mayın 18-də başlayacaqlarını bildirib və Fatih Terimlə görüş barədə danışıb:
"Fatih Terimlə ortaq məqsədimiz "Qalatasaray"dır. Onunla ilk görüşümüzdə ailəvi problemləri əsas gətirərək Türkiyədə işləmək istəmədiyini bildirmişdi, ancaq bu dəfə söhbətimiz uğurlu alındı. Ancaq hələki dəqiqləşmiş bir şey yoxdur".
Digər tərəfdən Türkiyənin "Liq TV" kanalı da Fatih Terimin "Qalatasaray"a rəhbərlik edəcəyini açıqlayıb.
//premyerliqa.az