"Qalatasaray"ın futbol komandası ilə 8 dəfə Türkiyə çempionu olmuş, UEFA Kubokunu qazanmış Fatih Terimin iyunun 17-də Bakıda keçirəcəyi seminar təxirə salınıb.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, səfər sentyabr ayına təxirə salınıb.
Seminarın dəqiq tarixi hələlik açıqlanmayıb. Bu isə bilet alan azarkeşlərin narazılığına səbəb olub. Biletləri geri qaytarmaq istəyən şəxslərə məlumat verilib.