Fatih Terimin Kaka arzusu

İDMAN
08:11 20.08.2012
1689

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim maraqlı açıqlama ilə çıxış edib.

AZXEBER.COM-un türk mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistlərin “Qalatasaray” bosslarının Kaka ilə ilgilənməsi sualına cavab verən Terim yayılan söz-söhbətlərin əsassız olmadığına işarə edib. O braziliyalı futbolçunun transfer siyahısında yer aldığını təsdiqləyib.

"Kim istəməz Kakanı? Təbii ki, belə bir futbolçunu komandamızda görmək istəyərdik. Bir ay əvvəl başqan Ünal Aysalla bu haqda söhbətimiz olub. Hər halda danışıqlar davam edir", - deyə Terim vurğulayıb.

OXŞAR XƏBƏRLƏR