AZXEBER.COM xəbər verir ki, "imperator" ləqəbli futbol mütəxəssisi bildirib ki, onun komandasının futbolçuları oyun zamanı ciddi səhvlərə yol veriblər. F. Terim bildirib ki, ilk qolu vurandan sonra bəzi futbolçuların meydanda nə işlə məşğul olduqlarını heç özü də anlamırdı: "Futbolçularım elə bir səhvlərə yol verdilər ki, bu cür qarşılaşmalarda belə səhvləri heç kim heç kimə bağışlamır. Baxın, rəqibə vurduğumuz qol ilə qapımızdan buraxdığımız qol arasındakı vaxtda bir neçə dəfə yenidən hesabda önə keçmək imkanmız oldu. Amma futbolçularım bu şansları dəyərləndirə bilmədilər."-deyə F.Terim fikrini tamamlayıb.