Fatimədən küsülü olduğu Oksanaya gözlənilməz ADDIM

Fatimədən küsülü olduğu Oksanaya gözlənilməz ADDIM
MAQAZİN
16:08 10.06.2017
1347
Rəqqasə Fatimə Fətəliyeva illərdir küsülü olduğu həmkarı Oksana Rəsulovaya qarşı gözlənilməz addım atıb.
 
AZXEBER.COM-un məlumatına görə, "Maşın" şouda yer alan Aqil M.Quliyev ötən gün ən çox şəkli atılan və səsverməyə çıxan iştirakçı olub. Aqil səs topladığı halda Oksananı uzaqlaşdıracağını deyib. Dostları tərəfindən təkləndiyini deyən rəqqasə göz yaşlarını saxlaya bilməyib.
 
F.Fətəliyeva Oksananın şəklini sosial şəbəkədə paylaşaraq ona səs verilməsini istəyib:
 
"Bu bir realiti şoudur. Amma oyunu qaydaları ilə oynamaq lazımdır. Haqqa haqq, nahaqqa nahaq olmaq lazımdır. Ola bilər ki, həmkarımla münasibətimiz elə də isti deyil. Heç bir qadının göz yaşını görmək istəmirəm. Hər kəsi Oksanaya dəstəyə çağırıram. Uğurlar".
 
Qeyd edək ki, Aqil M.Quliyev səs topladığı təqdirdə Oksananı uzaqlaşdıracağını söyləyib. Amma Aqil yetərincə səs toplamayıb.
 
Axsam.az
OXŞAR XƏBƏRLƏR