Fazil Məmmədov kollegiya iclası keçirdi: “Hələ də nöqsanlara yol verilir”

Fazil Məmmədov kollegiya iclası keçirdi: “Hələ də nöqsanlara yol verilir”
İQTİSADİYYAT
17:02 06.11.2017
1629
Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyəti ilə bağlı kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, iclasda çıxış edən kollegiyanın sədri, nazir Fazil Məmmədov müraciətlərə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasını hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş "2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə danışıb, büdcə gəlirlərinin təmin edilməsi istiqamətində daha intensiv və səmərəli iş aparılmasının zəruri olduğunu diqqətə çatdırıb.

 

Nazir bildirilib ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında və obyektiv baxılaraq cavablandırılması həmişə diqqət mərkəzində saxlanılır, hər ay bu barədə ona hesabat verilir. Bununla belə, müraciətlərə baxılmasında hələ də nöqsanlara yol verilir. Bəzi hallarda vergi orqanları müraciətləri dərindən və hərtərəfli araşdırmır, son nəticədə vətəndaşlar yuxarı dövlət instansiyalarına üz tutmalı olur. Nazir, xüsusilə vergi məsələləri ilə bağlı Prezidentə və Birinci Vitse-Prezidentə ünvanlanmış və aidiyyəti üzrə baxılmaq üçün Vergilər Nazirliyinə daxil olmuş vətəndaş müraciətlərinə baxılmasına ciddi nəzarət edilməsinin vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə bir neçə gün öncə ayrıca əmr imzalandığını bildirib. 

Həmin əmrə əsasən, müraciətlərin hərtərəfli araşdırılması habelə vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi məqsədilə nazirliyin aparatında müraciətlər müsbət həllini tapmadıqda ərizəçiləri və yaxud onların səlahiyyətli nümayəndələrini nazirin birinci müavini və yaxud müvafiq sahəni kurasiya edən nazir müavinləri qəbul etməli, qaldırılan məsələlər bir daha araşdırılmalı və yalnız bundan sonra ərizəçilərə onların müraciətlərinə baxılmasının nəticələri barədə cavab verilməlidir. Vergilər naziri aidiyyatı strukturlara sözügedən əmrdən irəli gələn məsələlərə ciddi əməl etməyi tapşırıb.

F.Məmmədov vətəndaş müraciətlərinin araşdırılması zamanı nöqsana yol vermiş vergi orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı Daxili təhlükəsizlik Departamentinin, nöqsanların yaranmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı isə nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.

Kollegiyanın qərarı ilə vergi orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə baxılması zamanı vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, vergi ödəyicilərinin narazılıqlarına səbəb olan halların və vergi oranlarına daxil olan ərizə və şikayətləri doğuran səbəblərin aradan qaldırılması istiqamətində əlavə və təsirli tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar müəyyən edilib. Bununla yanaşı, Vergilər Nazirliyinin strukturlarının koordinasiyalı fəaliyyətinə nəzarətin gücləndirilməsi, müvafiq struktur vahidlərinə büdcə proqnozları ilə bağlı mövcud potensialın təhlil edilməsi və nəticələri barədə təkliflərin hazırlanması, habelə xarici investisiyalı şirkətlərlə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə struktur dəyişikliyi ilə bağlı təkliflərin verilməsi tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmədə Şuşa rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı barədə videomateriallar nümayiş etdirilib
21:23 28.04.2025
Məhkəmədə Şuşa rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı barədə videomateriallar nümayiş etdirilib
Faciəvi şəkildə ölən 25 yaşlı Orxanın FOTOsu
21:19 28.04.2025
Faciəvi şəkildə ölən 25 yaşlı Orxanın FOTOsu
“Bir görəydim ayrılığı kim saldı?” - Video
21:00 28.04.2025
“Bir görəydim ayrılığı kim saldı?” - Video
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20:59 28.04.2025
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
20:53 28.04.2025
Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Pakistan hava məkanını bağladı
20:46 28.04.2025
Pakistan hava məkanını bağladı
İran Prezidenti: "Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər"
20:41 28.04.2025
İran Prezidenti: "Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər"
Gəncədə iki nəfər bıçaqlanıb, biri ölüb
20:39 28.04.2025
Gəncədə iki nəfər bıçaqlanıb, biri ölüb
Mixeil Kavelaşvili İrəvana səfər edib
20:30 28.04.2025
Mixeil Kavelaşvili İrəvana səfər edib
Məsud Pezeşkian: Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır
20:18 28.04.2025
Məsud Pezeşkian: Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır
Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil
20:16 28.04.2025
Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil
Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var
20:13 28.04.2025
Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var
Azərbaycan Prezidenti: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir
20:10 28.04.2025
Azərbaycan Prezidenti: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir
Məşhur italiyalı tennisçi öz adını daşıyan fond təsis edib
19:35 28.04.2025
Məşhur italiyalı tennisçi öz adını daşıyan fond təsis edib
Azərbaycanda 84 yaşlı həkim itkin düşdü
19:20 28.04.2025
Azərbaycanda 84 yaşlı həkim itkin düşdü
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
19:10 28.04.2025
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır