Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları - SİYAHI

Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları - SİYAHI
SOSİAL
12:18 02.02.2018
7777
Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ilə tarixli sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edildi. Həmin gün prezidentin imzaladığı digər sərəncamla Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edildi.

AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, M.Cabbarov vergilər naziri təyin edildikdən sonra nazirlikdə kadr islahatlarına start verib. Vergilər nazirliyində müxtəlif vəzifələrdə islahatlar aparılır, ixtisarlar edilir.

İşdən çıxarılanlar arasında keçmiş vergilər naziri F.Məmmədovun da qohumları var. Onların siyahısını təqdim edirik:

1. Namiq Quliyev - F.Məmmədovun bacısının həyat yoldaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini. N.Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilib. 2017-ci ilin 25 dekabr tarixində vəzifəsindən kənarlaşdırılıb.

2. Namiq Əliyev - F.Məmmədovun qudası, vergilər nazirinin müavini. N.Əliyevin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib.

3. Elnur İsgəndərov - F.Məmmədovun bacısı oğlu. Mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi daşıyan Elnur İsgəndərov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında təyin edilmişdi. E.İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib. Qeyd edək ki, E.İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğludur
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda moped divara çırpıldı: Ölən var
09:25 16.03.2026
Bakıda moped divara çırpıldı: Ölən var
Lənkəranda ağır qəza: 25 yaşlı gənc öldü, sürücünün vəziyyəti ağırdır
09:20 16.03.2026
Lənkəranda ağır qəza: 25 yaşlı gənc öldü, sürücünün vəziyyəti ağırdır
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
09:05 16.03.2026
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"