Fazil Mustafa: "Bölgədə alovlanan müharibənin bizə də ciddi təsiri ola bilər"

Fazil Mustafa: "Bölgədə alovlanan müharibənin bizə də ciddi təsiri ola bilər"
SİYASƏT
12:42 11.10.2023
606
"Azərbaycanın bu məsələdə hər iki ölkə ilə münasibətləri var".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Fazil Mustafa İsrail-Fələstin müharibəsindən danışarkən açıqlayıb.
 
Deputat söyləyib ki, Azərbaycan bu məsələyə terrorizm mövzusu kimi baxmalıdır:
 
"Azərbaycanın bu məsələdə hər iki ölkə ilə münasibətləri var. İsrail bizə dost ölkədir, 44 günlük Vətən Müharibəsində bizə çöx böyük dəstək verib. Eyni zamanda, Fələstinlə bağlı da yayılan informasiyaların əksəriyyəti doğru deyil. Fələstin xüsusi dövlət olaraq Azərbaycana qarşı hər hansı bir qərarın altına imza atmayıb. Ayrı-ayrı Fələstin liderlərinin açıqlamaları var. Bu məsələyə bir az terrorizm mövzusu kimi baxmalıyıq. İrandan dəstək alan HƏMAS terror qruplaşmanın dinc əhaliyə qarşı törətdiyi vəhşiliyin və faciənin aspektindən yanaşmalıyıq.
 
Bu cür faciəni Azərbaycan pisləməlidir. Terrorizmə qarşı mübarizədə İsrailə dəstək olmalıdır. Həmçinin dinc əhalinin həm İsrail, həm də Fələstin tərəfindən öldürülməsi məsələsinə humanizm nöqteyi-nəzərindən yanaşmalıyıq və mümkün qədər bu prosesin dayandırılması, mülki əhaliyə zərər vurulmaması istiqamətində çağırışlar etməliyik. Bütövlükdə isə bizim bu məsələdə dost İsrail xalqını terrora qarşı mübarizədə dəstəkləməklə yanaşı sülhün bərqərar olması üçün çağırışlar etməyimiz yönündə açıqlamalarımız olması daha məqsədəuyğundur. Çünki hər halda bu bölgədə alovlanan müharibənin bizə də ciddi təsiri ola bilər".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR