2008-ci ildə keçirilmiş prezident seçkilərinin iştirakçısı olmuş Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa bu dəfə namizədliyini irəli sürməyəcək.
AZXEBER.COM xəbər verir ki, F.Mustafa bu barədə özünün Facebook səhifəsində paylaşdığı statusunda bildirib:“Bu ilki Prezident seçkilərində iştirakla bağlı Böyük Quruluş Partiyası Ali Məclisinin qərarı vardı.Namizədliyimin irəli sürülüb-sürülməyəcəyi ilə bağlı cəmiyyətdən vaxtaşırı suallar da ünvanlanırdı.Partiya rəhbərliyində ciddi müzakirələrdən sonra namizədliyimi irəli sürməmək barədə qərara gəldim.Partiya üzvlərimiz seçkidə qeydiyyatdan keçmiş namizədlərdən hər hansı birini dəstəkləməkdə sərbəst olacaqlar”.