Fədayə Laçın 12-ci dəfə də məhkəməyə gətirilmədi

Fədayə Laçın 12-ci dəfə də məhkəməyə gətirilmədi
SOSİAL
13:33 26.09.2019
3883
Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan "Qoca" ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilməli idi. 

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Elmar Rəhimovun icraatında olan prosesin bu günkü iclası da təxirə salınıb. 

Buna səbəb dustaqların məhkəməyə gətirilməməsidir. May ayından etibarən Bənu iş üzrə artıq 12-ci iclasdır ki, ard-arda təxirə salınır. Hər bir iclasda da qeyri-müəyyən səbəbdən dustaqlar məhkəməyə gətirilməyib. 

Növbəti iclas sentyabrın 30-a təyin edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Etibar Məmmədov isə keçirilən əməliyyat zamanı məhv edilib.
OXŞAR XƏBƏRLƏR