Fədayə Laçınla bağlı yeni xəbər

SOSİAL
19:40 12.03.2019
4579
Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmədə hakimlərə verilən etiraza baxılıb.
 
Məhkəmə vəkillərin etirazını təmin etməyib və təqsirləndirilən şəxslərin şikayətləri üzrə proses məhkəmə istintaqı aparılmadan baxılacaq.

Proses martın 18-ə təyin edilib

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 06.08.2020

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ — Nadir Qafarzadə

23:39 05.08.2020

Lənkəranda 100 min manatlıq qızıl oğurlayan “Malış” saxlanıldı

22:56 05.08.2020

Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO

22:27 05.08.2020

Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi

22:22 05.08.2020

Qənirə Paşayeva aztəminatlı ailələrlə bağlı çağırış etdi

22:12 05.08.2020

ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb

21:27 05.08.2020

Peşə təhsili üzrə imtahanın keçirilmə qaydası müəyyənləşdi

20:28 05.08.2020

Şəhid generalın adı əbədiləşdirildi - FOTO

20:10 05.08.2020

Azərbaycan Livana bir milyon dollar yardım edəcək

19:55 05.08.2020

Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb - FOTO

19:32 05.08.2020

Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO

19:08 05.08.2020

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

19:02 05.08.2020

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

18:49 05.08.2020

Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi

18:25 05.08.2020

Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTO

18:03 05.08.2020

Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

X Mostbet