Federasiya çətin durumda: Dünya çempionatına kimi gedəcək?

İDMAN
00:28 15.09.2015
1279
Azərbaycan Ağır Atletika Federasiyası yenə ağır günlərini yaşayır. Baxmayaraq ki, noyabr ayında dünya çempionatı onları gözləyir.
Milli komandada vəziyyət heç də ürəkaçan deyil. Vaxtilə milli komandada can yandırmış bəzi idmançılar komandadan uzaqda qalıb. Ağır atletlərimizin özləri də bu durumdan şikayətçidir. Lazımı vitaminlərlə təmin edilməyən komandada, məşqlərdə də problemlər yaşanır. Öncə də dediyimiz kimi, yaxın zamanda dünya çempionatı keçiriləcək, amma komandada heç bir toplanma, güclənmə nümayiş etdirilmir. Komandanın dünya çempionatına hazırlığı ilə bağlı məlumat almaq üçün ağır atletika milli komandasının köməkçi məşqçisi Nizami Paşayevlə əlaqə saxladıq. İkiqat dünya çempionu ilk öncə suallara cavab verməkdən imtina etsə də, sonra qısa cavab verməyə razı oldu.
N.Paşayev Publika.az-a açıqlamasında dünya çempionatında hansı idmançıların iştirak edəcəyinin hələ bəlli olmadığını dedi: “Milli komandanın tərkibində hansı idmançıların çıxış edəcəyi bəlli deyil. Çünki hələ vaxtımız var”.
Məsələnin maraqlı tərəfi odur ki, görəsən, federasiya hansı vaxtı düşünür? Təxminən 1 ildən sonra olimpiya oyunları olacaq. 2 ay sonra baş tutacaq yarışa gedəcək idmançılar bəlli deyilsə, olimpiya oyunlarına necə hazırlaşmaq niyyətindədirlər? Təbii ki, federasiya bu sualları yarımçıq qoyur... Pubika.az-ın əldə etdiyi məlumata görə, hazırda milli komandada baş məşqçi postunu polşalı mütəxəssis Miroslav Çoroş tutur. Köməkçi məşqçilər isə Nizami Paşayev və Xanlar Nəbiyevdir. Ancaq təəssüflər olsun ki, Ağır Atletika Federasiyasında nə azərbaycanlı, nə də polşalı mütəxəssislərin sözü keçir. Miroslav Çoroş vəzifəsinin nədən ibarət olduğunu belə unudub...
Aldığımız digər məlumata görə, federasiyada maaş problemi də hökm sürür. Maaşları verilməyən heyət məşqlərə qatılmaqdan imtina edir... Elə millinin tərkibində idmançıların durumu da ürək açan deyil - bir iki atleti çıxarmaq şərti ilə... Bunlardan biri də “Zirvə” idman klubunun üzvü Valentin Xristovdur. Olimpiya mükafatçımıza ümidlər böyükdür. Xatıradaq ki, V.Xristov dopinq qalmaqalından sonra 2 il yarışlardan uzaqlaşdırılmışdı. Ancaq təmsilçimiz 2 il sonra yenidən özünü sübut edib, Avropa çempionatında uğurla çıxış edərək çempion olmuşdu. Onun cəzadan sonrakı növbəti qələbəsi də səbrlə gözlənilir.
publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
23:56 26.02.2025
ABŞ və Rusiya İstanbulda görüşür: "Ukrayna müzakirə olunmayacaq" – Dövlət Departamenti
23:54 26.02.2025
Türkiyə kəşfiyyatı əməliyyat keçirdi - Reyhanlı terrorçusu saxlanıldı
23:52 26.02.2025
HƏMAS dörd girovun meyitini İsrailə təhvil verəcək
23:48 26.02.2025
Zelenski Ukrayna Ordusu Birləşmiş Qüvvələrinin komandanını vəzifəsindən azad edib
23:41 26.02.2025
"Beş dəqiqə içində anam canını tapşırdı" - İlkin hadisədən danışdı
23:27 26.02.2025
Bakıda valideynlə müəllim arasında mübahisə ÖLÜMLƏ BİTDİ: Dəhşətli hadisənin TƏFƏRRÜATI
22:59 26.02.2025
Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub
22:53 26.02.2025
Tramp: Ukrayna artıq NATO-ya üzvlüyü yaddan çıxara bilər
22:50 26.02.2025
Bakıda bu küçədəki dükanlar kütləvi şəkildə bağlanır - Səbəb nədir?
22:18 26.02.2025
Generalın 21 yaşlı oğlunun vəfatı ilə bağlı TƏFƏRRÜAT
22:16 26.02.2025
Məşhur aktrisa 39 yaşında vəfat etdi
22:11 26.02.2025
Tramp: ABŞ-nin Ukraynadakı əsas məqsədi qan tökülməsini dayandırmaqdır
22:05 26.02.2025
Tramp açıqladı: Zelenski cümə günü ABŞ-yə gələcək
21:56 26.02.2025
BOK prezidenti istefa verdi
21:47 26.02.2025
Paşinyan: Azərbaycanla sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb
21:38 26.02.2025
Bakının bu yollarında sürət həddi endirildi