Fələstin Qızıl Aypara Cəmiyyəti: Rəfah Sərhəd Qapısından heç bir yardım alınmadı

Fələstin Qızıl Aypara Cəmiyyəti: Rəfah Sərhəd Qapısından heç bir yardım alınmadı
DÜNYA
11:30 19.02.2024
115
Fələstin Qızıl Aypara Cəmiyyəti Rəfah Sərhəd Qapısından Qəzza zolağına heç bir yardım maşınının gələ bilməyəcəyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsraillə Misir arasındakı Əl-Avca Sərhəd Qapısından keçən yardım maşınlarının israillilərin etirazı səbəbilə yoxlanıla bilmədiyi bildirilib.

Açıqlamada İsrail səlahiyyətliləri tərəfindən yoxlanıla bilməyən yardım maşınlarının Rəfah Sərhəd Qapısından keçərək Qəzza zolağına gələ bilmədiyi bildirilib.

Digər tərəfdən, Kerem Əbu Səlim Sərhəd Qapısından gələn 123 humanitar yardım maşınının Qəzzaya çatdığı bildirilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR