Fələstinə görə keçirilən nümayişlər alman polisi tərəfindən dağıdıldı

DÜNYA
12:41 09.10.2024
271
Almaniyanın Dortmund şəhərində isveçli iqlim fəalı Qreta Tunberqin qatılmağı planlaşdırılan nümayişlərin keçirildiyi düşərgə polis tərəfindən dağıdılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Welt" qəzeti yazıb.
 
Belə ki, Xristian İttifaqı (CDU/CSU) partiyalarının parlament qrupunun daxili siyasət sözçüsü Aleksandr Trom isveçli fəal Tunberqin nümayişlərə girişinə qadağa qoyulmasına çağırıb.
 
Federal Daxili İşlər Nazirliyinin anti-semitlərə ölkəyə giriş qadağası qoyması lazım olduğunu müdafiə edən Trom "Buraya İsrailə qarşı təbliğat aparmaq və polisimizi ləkələmək üçün gələnlərin Almaniyada yeri yoxdur" - deyə üsyan edib.

Qeyd edək ki, Dortmund Universiteti yaxınlığında keçirilən nümayişlər Fələstin tərəfdarları tərəfindən törədilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR