Fələstinli ailələr ABŞ Dövlət Departamentini məhkəməyə verdi

DÜNYA
12:12 18.12.2024
106
İsrailin Qəzzaya hücumları davam edərkən, fələstinli ailələr İsrail ordusuna verdiyi dəstəyə görə ABŞ Dövlət Departamentini məhkəməyə verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, İsrail Qəzzaya 7 oktyabr 2023-cü ildə başlayan hücumlarını davam etdirərkən, fələstinlilərdən ABŞ-a dəstək addımı gəlib.
 
Qəzzada on minlərlə insanın ölümünə və humanitar böhrana səbəb olan İsrail hücumlarında Vaşinqtonun İsrail ordusuna dəstəyinə görə Qəzza, İordan çayının qərb sahili və ABŞ-də 5 fələstinli çərşənbə axşamı ABŞ Dövlət Departamentini məhkəməyə verib. 

İddia Dövlət Departamentinin insan haqları qanunlarını pozması ilə bağlı iddialara görə qaldırılıb.

Qeyd edək ki, İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində hücumların başladığı gündən bu yana 45 min 59 nəfər həyatını itirib, 107 min 41 fələstinli isə yaralanıb.
 
Gülay

OXŞAR XƏBƏRLƏR