AZXEBER.COM-un verdiyi məlumata görə, qızlar Papa 16-cı Benediktin hər bazar günü dua etdiyi San Pyetro meydanında dua zamanı etirazlarını bildiriblər.
Onlar Papa dua edərkən paltarlarını çıxarıblar. Qurşaqdan yuxarı çılpaq olan 4 “Femen”çi qız məşhur “In god we trust” (“Biz Allaha inanırıq”) cümləsini dəyişdirərək “In gay we trust” (“Biz geylərə inanırıq”) şəklində bədəninə yazıb.
Aksiya üzvləri polis tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.