“Fənərbağça” klubunun aparıcı futbolçusu bir aydan çox oynamayacaq

İDMAN
20:22 22.01.2024
167
Türkiyənin "Fənərbağça” klubunun aparıcı futbolçusu Fred bir aydan çox komandasına kömək edə bilməyəcək.

AZXEBER.COM xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Superliqanın XXI turunda "Samsunspor”la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib.

Bu gün tibbi müayinədən keçən 30 yaşlı orta sahə oyunçusunda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

Qeyd edək ki, Fred cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 6 məhsuldar ötürmə verib.

OXŞAR XƏBƏRLƏR