“Fənərbağça” liderliyini qoruyur

İDMAN
23:31 14.01.2024
291
Futbol üzrə Türkiyə Superliqasının XX turunda növbəti matçlar keçirilib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Çempionatın lideri "Fənərbağça” səfərdə "Qaziantep”i çətinliklə məğlub edib - 1:0.

Oyunun yeganə qolunu 81-ci dəqiqədə İrfan Can Kahveci vurub.

50-ci dəqiqədə Edin Ceko penalti zərbəsindən yararlana bilməyib.

Bu qələbə ilə xallarını 53-ə çatdıran "Fənərbağça” liderliyini davam etdirir. "Qaziantep” isə 21 xalla 16-cı pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR