“Fənərbağça” rusiyalı forvardla danışıqlara başladı

“Fənərbağça” rusiyalı forvardla danışıqlara başladı
İDMAN
19:37 01.07.2021
1114
Sankt-Peterburqun "Zenit” klubunun hücumçusu Artyom Dzüba karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bu barədə Türkiyənin "Fotomac” agentliyi "Twitter” səhifəsində məlumat yayıb.

"Fənərbaxça” klubu mərkəz hücumçu çatışmazlığını aradan qaldırmaq üçün rusiyalı forvardın namizədliyi üzərində dayanıb.

Artıq klub rəhbərliyi 32 yaşlı futbolçuya əlverişli şərtlərlə təklif irəli sürməyə hazırlaşır.

Xatırladaq ki, AVRO-2020 uğursuz çıxışı ilə yadda qalan Rusiya millisində ən çox tənqid hədəfinə tuş gələn oyunçulardan biri də elə A. Dzüba idi.
OXŞAR XƏBƏRLƏR