Türkiyə Superliqasının 11-ci turu çərçivəsində "Fənərbağça" "Çorum" klubunun qonağı olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, "sarı-mavilər" səfərdə böyükhesablı qələbə qazanıblar - 0:5.
İstanbul təmsilçisinin heyətində Meyson Qrinvud 12-ci və 63-cü dəqiqələrdə, İrfan Can Kahveci 21-ci və 56-cı dəqiqələrdə, Oğuz Aydın isə 74-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra 19 xal toplayan "Fənərbağça" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Çorum" isə 16 xalla 9-cu sıradadır.











































