"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır

"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
İDMAN
19:11 02.07.2025
313

Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman karyerasını Türkiyədə davam etdirə bilər.

AZXEBER.COM report.az-a  istinadən xəbər verir ki, "Fənərbağça" və "Qalatasaray" 29 yaşlı vingerlə maraqlanır.

İstanbul təmsilçiləri yayda fransalı oyunçunu heyətinə qatmaq istəyirlər. Hətta "Fənərbağça" oyunçu ilə ilkin danışıqlara da start verib.

Qeyd edək ki, 2024/2025 mövsümündə Münhen təmsilçisində 44 oyuna çıxan Koman 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR