'Fənərbağça'nın 1/8 finaldakı rəqibi bəlli oldu

İDMAN
09:58 22.02.2013
1225
UEFA Avropa Liqasında mərhələ keçən Türkiyənin “Fənərbağça” klubunun 1/8 final mərhələsindəki rəqibi məlum olub.AZXEBER.COM-un məlumatına görə, Çexiyanın “Viktoriya” klubu 1/16 final mərhələsinin cavab oyununda İtaliyanın “Napoli” komandasını 2:0 hesabı ilə məğlub edib. Bu komandaların İtaliyadakı qarşılaşmasında Çexiya klubu sürpriz şəkildə 0:3 hesabı ilə qalib gəlmişdi.“Fənərbağça” ilk oyunu martın 7-də səfərdə keçirəcək və martın 14-də “Viktoriya”nı “Şükrü Saraçoğlu” stadionunda qəbul edəcək.1/8 final mərhələsinin digər cütlükləri aşağıdakılardır:“Benfika” - “Bordo”“Anji” - “Nyukasl”“Ştutqart” - “Latsio”“Tottenhem” - “İnter”“Levante” - “Rubin”“Bazel” - “Zenit”

OXŞAR XƏBƏRLƏR