"Fənərbağça"nın alacağı mümkün cəzalar bəlli oldu

İDMAN
14:26 08.04.2024
250
Türkiyə Super Liqasının qalibi "Qalatasaray" və "Ziraat" Türkiyə Kubokunun qalibi "Fənərbağça" Türkiyə Superkubokunun final matçında üz-üzə gəlib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, matçın 3-cü dəqiqəsində "Fənərbağça" futbolçuları meydanı tərk edib.
 
Matçın baş hakimi Volkan Bayarslan bir müddət gözlədikdən sonra oyunu təxirə salıb.
 
Bütün dünya futbolunu maraqlandıran bir məqam diqqəti çəkir.
 
Bundan sonra nə olacaq və "Fənərbağça"nı hansı cəzalar gözləyir?

Türkiyə Futbol Federasiyası əvvəlcə yarış rəsmilərinin hesabatını gözləyəcək. Müsabiqə məsul şəxslərinin hesabatları qəbul edildikdən sonra İntizam Komitəsinin iş dövrü başlayır. TFF İntizam Komitələri böyük ehtimalla "Fənərbağça”nı cərimə cəzası ilə cəzalandıracaq.
 
Daha sonra İntizam Komitəsinin qərarı Türkiyə Futbol Federasiyasının İdarə Heyəti tərəfindən təsdiqlənəcək. Bütün bu proseslərin təxminən 1 həftə ərzində baş tutacaq.

TFF Rəhbərliyi Super Kubokla bağlı yığıncaq keçirəcək, ardından PFDK sövqləri olacaq. Bundan sonra "Qalatasaray" 3-0 hesabı ilə qalib hesab olunacaq.
 
Ehtimal ki, "Fənərbağça" növbəti mövsüm ölkədaxili yarışlarda qalib olsa belə, Superkubokda iştirak etməyə bilər.

Superkubokun təşkili üçün çəkilən xərclər və təşkilatın ləğvi ilə bağlı yaranan hər hansı itkiləri TFF-yə ödəyə bilər.

Təlimatlara əməl edilməməsinə görə cərimələr və hüquqlardan məhrumetmə tətbiq edilə bilər.
 
Ancaq komandanı meydandan geri çəkdiyi üçün "Fənərbağça" klubuna hansı cəzanın veriləcəyi bəlli deyil.
  
Mikayıl

OXŞAR XƏBƏRLƏR