"Fənərbağça” klubunun prezidenti Ali Koç "Dinamo Kiyev” matçında stadionda Rusiya Prezidenti Vladimir Putinin lehinə səsləndirilən şüarlarla bağlı açıqlama verib.
AZXEBER.COM Sfera.az-a istinadən xəbər verir kİ, klub prezidenti Ukraynadan üzr istəməyəcəklərini deyib.
"Ukraynadan üzr istəməyəcəyik. Bunun səbəbini bir az sonra açıqlayacağam. Ukrayna səfirinin bitib-tükənməyən çıxışlarından sonra o, bizdən üzr istəməlidir. Media da hər mövzumuza qulp olan rəqib komanda tərəfdarlarından təsirlənmiş oldu”, - deyə Koç bildirib.
O, tərəfdarın Putin lehinə şüarını "onlara yaraşan olmadığını” açıqlasa da, meydanda buna təhrikedici hərəkətlər baş verdiyini bildirib:
"Açıq-aydın bir təşviq var idi. Luçesku daha sonra oyunçunu yanına çağırdı və ona qışqırdı, ona təşəkkür etmək istəyirəm”.
Qeyd edək ki, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Tviter hesabından verdiyi açıqlamada, "Futbol ədalətli oyundur. Dünən Kiyev "Dinamo”su daha güclü idi. Fənərbaxçalı azarkeşlərdən ölkəmizi bombalayan rus qatil və hücumçunun lehinə dəstək sözləri eşitmək çox kədərlidir” demişdi.
Xatırladaq ki, Kiyev "Dinamo”sunda çıxış edən Buyalski 57-ci dəqiqədə qol vurduqdan sonra tribunadakı "Fənərbağça" azarkeşlərini təxribata çəkib. Ukrayna komandasının ehtiyat oyunçular skamyasından da oxşar davranışlardan sonra stadionda olan sarı-göylü azarkeşlərdən bəziləri Rusiya Prezidenti Vladimir Putinin lehinə alqışlar ediblər. Bu isə həm türkiyəli idmansevərlərin, həm də dünyanın hər yerində böyük reaksiyalara səbəb olub.