"Qalatasaray" heyətinə yeni oyunçu cəlb edir.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"dan Simon Kjaeri icarəyə götürəcək.
"Fənərbağça"nın sabiq müdafiəçisi 1 il "Qalatasaray"da oynayacaq. Klubun yaxın günlərdə bu transferi açıqlayacağı gözlənilir.
Qeyd edək ki, 2015-2017-ci illərdə "Fənərbağça"da çıxış edən danimarkalı futbolçu ötən ildən "Sevilya"da oynayırdı.