"Fənərbağça"nın sabiq futbolçusu Gökhan Gönül peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, "Fənərbaxça" və "Beşiktaş"da forma geyinən türkiyəli futbolçu qərarını İnstaqram hesabından açıqlayıb:
"Hər dəfə formanı geyinəndə əlimdən gələni etdim. Tər-qan tökdüm. Səhv etdim, qırıldım, amma yenidən başladım. Bu gün keçirdiyim 25 ilimə baxmayaraq, bütün qəlbimlə mənim üstümdə əməyi olan bütün şəxslərə təşəkkür edirəm".
Qeyd edək ki, Gökhan Gönül peşəkar futbolçu karyerasında "Gənclerbirliği”, "Fənərbaxça”, "Beşiktaş” və "Çaykur Rizəspor” kimi klublarda çıxış edib.
Mikayıl