"Fənərbağça"nın ulduz futbolçusu Jayden Oostervolde əməliyyat olunub.
Bu barədə klub açıqlama yayıb.
"Peşəkar Futbol A Komandamızın oyunçularından Jayden Oostervolde xaricdə uğurlu menisk əməliyyatı keçirib. Reabilitasiya və müalicə prosesinə dərhal başlayan oyunçumuza tezliklə sağalmasını arzu edirik”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, hollandiyalı futbolçu UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Olimpiakos”la matçın 43-cü dəqiqəsində zədələnərək mövsümü başa vurub.