"Fənərbaxça"nın vitse-prezidenti, tanınmış iş adamı Acun Ilıcalı komandanın transfer planlarıyla bağlı açıqlama verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda 1 illik icarə əsasında yarımmüdafiəçi transferi üçün Sofyan Amrabata təklif göndərdiklərini deyən Ilıcalı azarkeşlərin narazılıqlarına aydınlıq gətirib
Bununla yanaşı, Ilıcalı transfer səylərini sürətləndirdiklərini, eyni zamanda, oyunçunun kluba uyğun bir məbləğdə keçməsinin reallaşacağını vurğulayıb.