Türkiyənin "Fənərbaxça" klubu İtaliyanın "Venezia" klubunun futbolçusu Tanner Tessmannı heyətə cəlb etmək istəyir.
AZXEBER.COM xəbər verir ki, 22 yaşlı futbolçu ötən mövsüm İtaliya klubunda 42 matçda forma geyinib.
7 dəfə rəqib qapısını silkələyən Tanner 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Amerikalı futbolçunun "Venezia" ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
Məryəm