Türkiyənin "Fənərbaxça" klubu "Alanyaspor"da forma geyinən Oğuz Aydın ilə razılığa gəlib.
AZXEBER.COM xəbər verir ki, 23 yaşlı futbolçu Türkiyə nəhəngi ilə 4 illik müqavilə imzalayacaq.
Hər iki cinahda oynaya bilən Oğuz 4 mövsümə 120 milyon türk lirəsi qazanacaq.
Qeyd edək ki, bu həmlə ilə "Fənərbaxça" "Qalatasaray" və "Beşiktaş"ın arzularını ürəyində qoyub.
Məryəm