Türkiyənin kişilərdən ibarət “Fənərbaxça” voleybol komandası Avrupa Çempiyonu tituluna sahib olub. ANS PRESS-in məlumatına görə “Fənərbaxça” komandası İstanbulda İtaliyanın “Andreoli Latina” kulubu ilə qarşılaşıb.Rəqibini 3-0 hesabı ilə məğlub edən “Fənərbaxça” komandası “CEV Challenge Kuboku”nun sahibi olub. Qarşılaşmanı Əziz Yıldırım ilə yanaşı kubun digər üzvlərinin də izlədiyi bildirilir.