"Fənərbaxça" daha bir ulduz futbolçu ilə anlaşdı

İDMAN
07:49 03.09.2012
1539

Bu mövsüm Avropa Liqasında çıxış edəcək Türkiyənin "Fənərbaxça" klubu daha bir ulduz futbolçunu heyətinə qatıb.

AZXEBER.COM-un "Sporx.com"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Raul Meyreleşlə anlaşıb.

"Real" (Madrid) klubundan Lassana Diarranı transfer edə bilməyən "Fənərbaxça" klubu bütün diqqətini portuqaliyalı futbolçuya yönəltmişdi.Klubun prezidenti Əziz Yıldırım da Meyreleş üçün istənilən məbləği ödəyəcəklərini açıqlamışdı. Artıq futbolçu ilə razılığa gəlindiyi və sentyabrın 5-də tərəflər arasında rəsmi müqavilə imzalanacağı bildirilir. Lakin müqavilənin hansı müddətə olacağı açıqlanmayıb.

Qeyd edək ki, ötən mövsüm "Liverpul"dan "Çelsi"yə transfer olunan 29 yaşlı futbolçu keçirdiyi 31 oyunda 2 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR