"Fənərbaxça" "Əl Nassr"la razılığa gəldi - Məşhur futbolçunu transfer edir

"Fənərbaxça"  "Əl Nassr"la razılığa gəldi - Məşhur futbolçunu transfer edir
İDMAN
10:08 01.07.2025
202
"Fənərbaxça" Con Duranı heyətinə qatmaq üçün "Əl Nassr"la razılığa gəlib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Fənərbaxça" Con Duran üçün "Əl Nassr"la anlaşıb. Yaxın saatlarda İstanbula gələcək futbolçunun illik maaşı 10 milyon avro olacaq.

Duranı İstanbula gətirəcək şəxsi təyyarənin Kolumbiyaya çatdığı və onun "Fənərbağça"nın futbol direktoru Devin Özek ilə birlikdə İstanbula yola düşəcəyi bildirilib.

İstanbula gəlməsi gözlənilən Con Duran üçün klub bütün hazırlıqlarını tamamlayıb.
 
Kolumbiyalı futbolçuya yaşayacağı ev internet vasitəsilə təqdim edilib və ev müqaviləsi də hazır olub.

Qeyd edək ki, ötən mövsümün yanvarında "Aston Villa"dan 77 milyon avroya "Əl Nəsr"ə transfer olunan Con Duran Səudiyyə Ərəbistanı yığmasında çıxış etdiyi 18 matçda 12 qol vurub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR