"Fənərbaxça" mərakeşli futbolçu üçün italyan klubuna təklif göndərdi

İDMAN
12:54 02.08.2024
141
"Fənərbaxça"nın baş məşqçisi Coze Mourinyo "Fiorentina"nın futbolçusu Sofiyan Amrabatı kluba gətirmək istəyir.

AZXEBER.COM xəbər verir ki, "Fənərbaxça" rəhbərliyi İtaliya klubuna futbolçu üçün 10 milyon avro təklif edib.

"Fiorentina" 15 milyondan aşağı məbləğə razılaşmayacağını bildirib.
 
Mourinyo da transfer təklifinin artırılacağını açıqlayıb.

Qeyd edək ki, İngiltərə mediası Amrabatın "Mançester Yunayted"ə transferdə maraqlı olduğunu vurğulayır.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR