"Fənərbaxça"nın baş məşqçisi Coze Mourinyo "Fiorentina"nın futbolçusu Sofiyan Amrabatı kluba gətirmək istəyir.
AZXEBER.COM xəbər verir ki, "Fənərbaxça" rəhbərliyi İtaliya klubuna futbolçu üçün 10 milyon avro təklif edib.
"Fiorentina" 15 milyondan aşağı məbləğə razılaşmayacağını bildirib.
Mourinyo da transfer təklifinin artırılacağını açıqlayıb.
Qeyd edək ki, İngiltərə mediası Amrabatın "Mançester Yunayted"ə transferdə maraqlı olduğunu vurğulayır.
Məryəm