"Fənərbaxça" mövsümə məğlubiyyətlə başladı

İDMAN
11:30 18.08.2013
1072
Futbol üzrə Türkiyə Superliqasında I turun oyunları davam edir. 
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.Doğma meydanda "Kasımpaşa" ilə qarşılaşan "Karabükspor" rəqibini iki cavabsız qolla məğlub edib - 2:0. "Fənərbaxça" "Konyaspor"la səfər qarşılaşmasında 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, sonda görüşdən məğlub ayrılıb - 2:3.Qeyd edək ki, Superliqada I tura avqustun 19-da keçiriləcək iki oyunla yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR