Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
AZXEBER.COM xəbər verir ki, bütün cavab oyunları eyni gündə keçiriləcək. Bununla da yarımfinalın iştirakçıları bilinəcək.
Türkiyə "Fənərbaxça"sı evdə "Olimpiakos"u qəbul edəcək. Bu komandalar arasındakı ilk matçda "Olimpiakos" 3:2 hesablı qələbə qazanıb.
Matç saat 23:00-da başlayacaq və CBC SPORT, TV8 telekanallarından canlı yayımlanacaq.
UEFA Konfrans Liqası, 1/4 final mərhələsi, cavab oyunları
18 aprel
20:45. "Fiorentina" (İtaliya) - "Viktoriya" (Çexiya)
İlk oyun 0:0
20:45. "Lill" (Fransa) - "Aston Villa" (İngiltərə)
İlk oyun 1:2
23:00. "Fənərbaxça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun 2:3
23:00. PAOK (Yunanıstan) - "Brügge" (Belçika)
İlk oyun 0:1