"Fənərbağça"nın idman direktoru Mario Branko "Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü ulduz hücumçu Viktor Osimhen üçün "Napoli"yə zəng edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Branko "Napoli"nin idman direktoru Covanni Manna ilə telefonda danışıb və qarşı tərəf transfer şərtlərinin yerinə yetirildiyi təqdirdə masaya otura biləcəklərini bildirib.
Məlumata görə da telefon danışığında müsbət nəticələr əldə olunub.
Mannanın Brankoya "Transfer dəyəri 75 milyon avrodur, bunu daha əvvəl açıqlamışdım. Bunun 25 milyon avrosunu əvvəlcədən ödəyən klubla razılaşacağıq" cavabı verdiyi qeyd edilib.
Qeyd edək ki, eyni zamanda "Çelsi", "Arsenal" və "Nyukasl Yunayted" İtaliyanın "Napoli" komandası ilə danışıqlar aparır. Bu sıraya Səudiyyə Ərəbistanından Əl Hilalın da qatıldığı açıqlanıb.
Aysel