"Fənərbaxça" "Qalatasaray"ın sabiq yarımmüdafiəçisi ilə maraqlanır

İDMAN
16:44 06.09.2024
181
Transfer dövrünün bitməsinə az qalmış "Fənərbaxça"da yeni hərəkətlilik müşahidə edilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub yeni yarımmüdafiəçi axtarışındadır.
 
Sari-mavililərin "Qalatasaray"ın keçmiş ulduzu Mario Lemina ilə yaxıdan maraqlandığı məlum olub.
 
Klubun, Premyer Liqa təmsilçisi "Vulverhempton"la 1 illik müqaviləsi qalan uğurlu futbolçunu transfer haqqı ilə heyətinə qatmaq istədiyi iddia edilib. Uzunmüddətli müqavilə təklif olunarsa, Leminanın Türkiyəyə qayıtmaq təklifinə müsbət baxdığı da yayılan xəbərlər arasındadır.
 
Aysel

OXŞAR XƏBƏRLƏR