"Fənərbaxça" "Real"ın futbolçusu ilə anlaşdı

İDMAN
13:56 26.08.2012
1659

"Fənərbaxça" klubunun uzun müddətdir danışıqlar apardığı Madrid "Real"ının yarımmüdafiəçisi Lassana Diarra ilə razılığa gəlindiyi iddia olunur.

AZXEBER.COM-unTürkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fransız futbolçu "Fənərbaxça"ya bir şərtlə gələcəyini açıqlayıb.

"Fənərbaxça" ilə anlaşdım. Ancaq bir şərtlə bu komandaya gələrəm ki, "Fənərbaxça" bu mövsüm Çempionlar Liqasında mübarizə aparsın. Əks təqdirdə bu transfer baş tutmayacaq".

Qeyd edək ki, "Fənərbaxça" Çempionlar Liqasının play-off mərhələsinin ilk görüşündə səfərdə "Spartak" (Moskva, Rusiya) klubuna 1:2 hesabı ilə uduzub. Cavab matçı avqustun 29-da İstanbulda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR