"Fənərbaxça" serb futbolçu üçün təklif hazırlayır

İDMAN
17:38 02.07.2024
170
"Fənərbaxça"nın bu dəfəki transfer hədəfi Miloş Lukoviç olub. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serbiyanın "IMT Belqrad" klubunda çıxış edən 18 yaşlı futbolçunun bazar dəyəri 5 milyon avroya bərabərdir.
 
Klubla müqaviləsi isə 2028-ci ildə sona çatacaq.

Qeyd edək ki, gənclərə yatırım edən "Fənərbaxça" Elif Elmas, Arda Güler və Kim Min Ce kimi futbolçulardan xeyli gəlir əldə edib.
 
Hazırda Türkiyə nəhəngi 1.4 milyon avroya heyətə cəlb etdiyi Ferdi Kadıoğlunu 25 milyon avroya satmaq niyyətindədir.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR