Türkiyə Super Liqasında təxirə salınmış I və III turların oyunları keçirilib.
AZXEBER.COM xəbər verir ki, "Fənərbaxça” öz meydanında "Alanyaspor”u qəbul edib.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
"Başakşəhər" səfərdə "Karagümrük"ü 1:0 hesabı ilə məğlub edib. Digər matçda isə "Samsunspor" "Kasımpaşa" ilə qolsuz heç-heçəyə razı olub - 0:0.