“Fənərbaxça”da transfer bombaları: Konte, Levandovski və Qrinvud gündəmdə

“Fənərbaxça”da transfer bombaları: Konte, Levandovski və Qrinvud gündəmdə
İDMAN
14:56 01.06.2026
247
"Fənərbaxça” prezidentliyinə namizəd Hakan Safi seçkilər öncəsi transfer və baş məşqçi məsələsində mühüm addımlar atmağa başlayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Safi komandaya yeni baş məşqçi gətirmək üçün bu yaxınlarda İtaliya təmsilçisi "Napoli”dən ayrılan Antonio Konteyə iki illik müqavilə təklif etməyə hazırlaşır.

Bildirilir ki, Safi seçiləcəyi təqdirdə, keçmiş prezident Əziz Yıldırımın artıq razılığa gəldiyi hücumçu Serhou Guirassyni də "Fənərbaxça”ya transfer etməyi planlaşdırır.

Jurnalist Yağız Sabuncuoğlunun məlumatına əsasən, Hakan Safinin komandası bu yaxınlarda "Barselona” ilə yollarını ayırdığı iddia edilən ulduz futbolçu Robert Levandovski ilə də ilkin təmaslara başlayıb.

Bundan əlavə, Safinin heyətini gücləndirmək üçün ingilis futbolçu Meyson Qrinvud ilə də əlaqə saxladığı bildirilir.
OXŞAR XƏBƏRLƏR