Türkiyə kubokunun qrup mərhələsində II turun oyunlarına yekun vurulub.
Son oyun günündə A qrupunda iki qarşılaşma baş tutub.
Öz meydanında "Bursaspor"la qarşılaşan "Sivasspor" minimal hesablı qələbə qazanıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan Sivas təmsilçisi ikinci hissədə daha bir dəfə fərqlənib - 2:1.
Səfərdə "1461 Trabzon" klubunun qonağı olan "Fənərbaxça" meydanı 3 xalla tərk edib. Matçın sonlarına doğru iki qol vuran İstanbul təmsilçisi qrupda liderliyini bir qədər də möhkəmlədib.//qol.az