AZXEBER.COM-un verdiyi məlumata görə, oyunun 82-ci dəqiqəsində qırmızı vərəqə alan Raul Meyreleşin 7 oyunluq cəzalandırılacağı ehtimal edilir.
Səbəb isə ispaniyalı futbolçunun meydandan qovulduqdan sonra hakimə əl ilə qeyri-etik jest etməsidir. Oyunun baş hakimi futbolçunun bununla yanaşı onun üzünə tüpürdüyünü də raportunda qeyd edib.
Qeyd edək ki, bu, Raul Meyreleşin karyerasında ilk qırmızı vərəqə olub.