''Fənərbaxça''nın daha iki futbolçusu sıradan çıxdı

İDMAN
20:49 18.10.2012
1227

Türkiyənin "Fənərbaxça" klubu Superliqanın növbəti turu çərçivəsində qarşılaşacağı "Bursaspor"la oyunöncəsi ciddi itki ilə üzləşib.

AZXEBER.COM-un məlumatına görə, "sarı lacivərdli" komandanın iki futbolçusu - Raul Meyreleş və Mehmet Topuz zədələnərək sıradan çıxıb.

Portuqaliya millisinin məşqində zədələnən Meyreleşin ən azıbir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Meyreleşlə yanaşı, Topuzun da "Bursaspor"la oyunda iştirak etməyəcəyi dəqiqləşib. Daha öncə zədələnən Miloş Krasiç və Kristian Baroninin qarşıdakı oyunlarda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" klubu oktyabrın 20-də səfərdə "Buraspor"un qonağı olacaq.

OXŞAR XƏBƏRLƏR