"Fənərbaxça"nın danışıqları bəhrəsini verdi- Taliscanı heyətinə qatır

İDMAN
12:43 23.11.2024
184
"Fənərbaxça" Talisca ilə müqavilə imzalamaq üçün "Əl-Nassr" ilə razılığa gəldi.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Fənərbaxça" məşhur futbolçunu heyətinə qatmaq üçün atdığı addımlar nəticəsini verib. 

"Fənərbaxça” ilk danışıqlarda maaşının bir hissəsini "Əl-Nassr”a ödəyərək Taliskanı icarəyə götürmək istəsə də, Səudiyyə təmsilçisi bu istəyi rədd edib. Növbəti mərhələdə satınalma variantının məcburi və ya istəyə bağlı olması ilə bağlı danışıqlar aparılıb.

"Əl-Nassr" və "Fənərbaxça" Taliscanın transferi üçün seçim haqqı ilə bağlı son danışıqlarımı aparır. Futbolçu üçün Səudiyyə Ərəbistanı komandasının ilkin tələbinin 9 milyon avro olduğu bildirilib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR