'Fənərbaxça'nın futbolçusu 'Qızıl qol'un sahibi oldu - VİDEO

İDMAN
11:56 08.01.2013
1439
FIFA ilin qolunu müəyyən edib. Ötən mövsümün "FİFA Puşkas ilin qolu"nun müəllifi Türkiyənin Fənərbaxça futbol komandasının oyunçusu Miroslav Stok seçilib. Onun 2012-ci ilin mart ayında Kadıköy Şükrü Saraçoğlu stadionunda vurduğu qol "ilin qolu" olub.Qeyd edək ki, "Ən yaxşı qol" mükafatı əfsanəvi macar futbolçu Ferents Puşkaşın xatirəsinə həsr edilib. Bu mərasim 2009-cu ildən bəri keçirilir.Dünyanın "ən yaxşı məşqçisi"nin də adı məlum olub. Bu mükafat uğrunda Visente del Boske (İspaniya), Pep Qvrdiola ("Barselona") və Joze Mourinyo ("Real", Madrid) yarışıblar. Birinci yerə Visente del Boske (İspaniya) sahib olub.Xatırladaq ki, bu dəfədə "Qızıl top"a "Barcelona"nın argentinalı oyunçusu Lionel Messi sahib olub. O, mükafata dördüncü dəfə sahib çıxmaqla rekorda imza atıb. Buna qədər fransalı futbolçu Mişel Platini üç dəfə fəxri mükafata layiq görülmüşdü.

OXŞAR XƏBƏRLƏR