Türkiyə Superliqasının son turu çərçivəsindəİstanbul derbisində əzəli rəqibi- "Qalatasaray"a 1:2 hesabı iləuduzan "Fənərbaxça" klubu daha bir zərbə alıb.
"Sarı lacivərdli" komandanın yarımmüdafiəçisi Raul Meyreleş ağır cəzaya məruz qalıb.
Belə ki, "Qalatasaray"la matçın 82-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydan qovulan portuqaliyalı futbolçu 12 oyunluq cəzalandırılıb.
Meyreleşə ikinci sarı və ardından qırmızı vərəqə aldığı üçün bir, meydandan çıxarkən hakimə tüpürdüyü üçün isə 11 oyunluq cəza kəsilib. Bu isə o deməkdir ki, Meyreleş qarşıdakı 12 oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, 29 yaşlı futbolçu eyni zamanda 20 min türk lirəsi məbləğində də cərimələnib.//qol.az